"MOBA GROUP" MMC

Əsaslı tikinti və təmir

               Öz təcrübəsi, toplanmış bilik və müasir texnologiyaların tətbiqi sayəsində “MOBA GROUP” MMC əsaslı tikinti, təmir və dizayn işlərinə ən əlverişli təkliflər təqdim edir. Biz iş və materialların yüksək keyfiyyətinə, tikinti qaydalarına nəzarət edirik.
Bizim üçün müştərilərimiz və nüfuzumuz dəyərlidir, buna görə də biz öhdəliklərimizi mütəmadi olaraq yerinə yetiririk, işin keyfiyyəti və icra müddəti üçün tam məsuliyyət daşıyırıq. Şirkətin heyəti ən yaxşı mütəxəssislərdən - inşaatçılardan, memarlardan, dizaynerlərdən ibarətdir.
Şirkətin fəaliyyətinin məqsədi müştərilərin məqbul tələb və gözləntilərinə cavab verməkdir.
Əsas prinsiplərimiz dürüstlük və şəffaflıqdır. “MOBA GROUP” MMC müştəri ilə ünsiyyət qurarkən bu prinsiplərə riayyət edir. Bu, işimizin keyfiyyətini vizual şəkildə qiymətləndirməyə imkan verir.
İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərə layihələndirmə, tikinti və dizaynı, tikinti layihələrinin idarə olunması sahələrində geniş xidmətlər göstərməkdir
Şirkətin fəaliyyətinin uzunmüddətli perspektivlərini təmin etmək
Müştərilərimizin tələblərinə cavab verən dizayn, layihələndirilmə, tikinti, müasir daşınmaz əmlakın həyata keçirilməsi kimi bir çox işin görülməsi sayəsində rəqabət üstünlüyünə nail olmaqdır. Qabaqcıl texnologiyalar və müasir tikinti materiallarını tətbiq edərək, daim görülən işlərin keyfiyyət səviyyəsini artırmaq , “MOBA GROUP” MMC qabaqcıl məqsədidir.

moba colors boyaları

"MOBA GROUP" MMC boya örtüklərinin istehsalını, ən müasir avadanlıqlardan istifadə edərək, bütün texnoloji standartlara və tələblərə (tərkib hissələrinin düzgün seçilməsi, komponentlərin reseptə uyğun nisbətdə qarışdırılması), mütəxəssislərin nəzarəti altında keçirir. Bizim boya və lak fabrikimiz geniş təcrübəyə malik yerli örtük istehsalçısıdır. Müxtəlif bitirmə işləri üçün geniş çeşiddə məhsullar təklif edirik.
“MOBA GROUP” dekorativ boyalar və laklar istehsalında lider şirkətdir. Səthləri orijinal formada qorumaq üçün əlverişli, ekoloji cəhətdən təmiz və innovativ həllər yaradır.
Şirkətin məhsulları bütün qiymət seqmentlərində təqdim olunur. Bizim mövcud çeşidimiz bütün əsas ehtiyacları əhatə edir: sadə bir daxili təmirdən, çoxmərtəbəli binaların fasadının geniş miqyaslı təmirinə qədər. Yüksək keyfiyyətli məhsullarımız və geniş çeşidli xidmətlərimiz - istehlakçının bazarda ən yaxşı seçimini təmin edir.

"MOBA GROUP" MMC

GOSTƏRDİYİMİZ XİDMƏTLƏR

Əsaslı tikinti

Əsaslı təmir

layihə və dizayn

Boya istehsalı

BİZİMLƏ ƏLAQƏ

Bizə yazin

Telefon

Əlaqə

Bizə yazaraq suallarınızı verə bilərsiz

Telefon: +994502109961
Email: info@mobagp.com

Created with +994708842468- Click for more